14 İyul 2025 / 18:57

Pişiklərin bala ilanla oyunu kameraya düşdü

Gümüşhanedə bağçada rastlaşdıqları bala ilanla oynayan pişiklərin görüntüləri cib telefonu kamerası ilə lentə alınıb.

Tezadlar.az bildirir ki, Gümüşhane şəhər mərkəzinin Eskibağlar məhəlləsində bir sakin tərəfindən lentə alınan görüntülərdə pişiklərin qarşılaşdıqları bala ilanla oynadığı görünür.

Pişiklərin vaxtaşırı pəncələri ilə ilana toxunduğu və bəzən onu tutmağa çalışdığı görüntülər diqqəti cəlb edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!