Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az-ın məlumatına görə, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb. “Ford” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində yaralan 4 nəfər xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.







