Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu, barəsində hökumət nümayəndəsinə qarşı zorakılıq işi açılan Mutvalı Şıxlinski məhkəmədə hökumət rəsmisinə qəsdən zərər vurmadığını və baş verənlərdən təəssüfləndiyini bildirib.
Tezadlar.az xəbər verir ki, o, növbətçi işçiyə niyə zərər vurulması ilə bağlı sualı cavablandırarkən deyib:
“Bu, qəsdən olmayıb. Onu görməmişəm, sağımda olub, sonradan məlum olub. Baş verənlərdən çox təəssüflənirəm”.
———-
17:26
Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq Rusiya İstintaq Komitəsinə aparılıb.
“İddia olunur ki, Mutvalı Şıxlınski polis əməkdaşına xəsarət yetirməyə cəhd edib”.
Tezadlar.az xəbər verir ki, bu barədə Şahin Şıxlınskinin qohumu, tanınmış jurnalist Elçin Şıxlınski Modern.az-a bildirib.
O deyib ki, Şahin Şıxlınski barəsində cinayət işi açılmasından xəbəri yoxdur.
Qeyd edək ki, hazırda Mutvalı Şıxlinski İstintaq Komitəsində dindirilməkdədir. Onun iyulun 1-də Baku Plaza ticarət mərkəzinin qarşısında saxlanılması zamanı baş verən insidentlə bağlı izahatı alınır.
Bu gün Mutvalı Şıxlinskinin məhkəməyə çıxarılması gözlənilir.