21 İyul 2025 / 15:23

Peskovdan açıqlama

“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək”.

“Tezadlar.az” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək və Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!