23 İyul 2025 / 13:00

Beynəlxalq Qalereyada Milli Mətbuatın 150 illiyi münasibətilə tədbir keçirildi – FOTOLAR

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, Azərbaycan Jurnalistlər Birliyinin 70 illiyi münasibətilə 22 İyul – Milli Mətbuat Günündə Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu tədbir keçirildi.
TEZADLAR.AZ  xəbər verir ki, tədbirdə bir qrup media nümayəndələri iştirak edirdilər. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək  hər birinə uğurlar arzuladı . Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, AzTV-nin əməkdaşı Sevda Hüseyn, “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədova, Xeber Time.az saytının rəhbəri Yeganə Telmanqızı, Xeberekspress.az saytının operatoru Xatirə Məmmədova, Yenicağ.az saytının müxbiri Çebotaryova Cəmilə İspatovna , Asya TV-nin rəhbəri Cəfər Cəfərov, Avropa.info saytının rəhbəri Rəsul Mirhəşimli, ilkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov, Tibb polkovniki, rəssam Nurəddin Məmmədov, Trend.az saytının əməkdaşı Çingiz Abdullayev, əməkdar artist Səlim Abbasov Beynəlxalq Qalereya ilə əməkdaşlığa görə diplomla təltif olundular.
Sonda xatirə şəkilləri çəkildi. Söhbət çay süfrəsi ətrafında davam etdirildi.
AYGÜN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!