Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, Azərbaycan Jurnalistlər Birliyinin 70 illiyi münasibətilə 22 İyul – Milli Mətbuat Günündə Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu tədbir keçirildi.
TEZADLAR.AZ xəbər verir ki, tədbirdə bir qrup media nümayəndələri iştirak edirdilər.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək hər birinə uğurlar arzuladı .
Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, AzTV-nin əməkdaşı
Sevda Hüseyn, “Təzadlar” qəzetinin əməkdaşı
Yasəmən Məmmədova, Xeber Time.az saytının rəhbəri
Yeganə Telmanqızı, Xeberekspress.az saytının operatoru
Xatirə Məmmədova, Yenicağ.az saytının müxbiri
Çebotaryova Cəmilə İspatovna , Asya TV-nin rəhbəri
Cəfər Cəfərov, Avropa.info saytının rəhbəri
Rəsul Mirhəşimli, ilkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov, Tibb polkovniki, rəssam Nurəddin Məmmədov, Trend.az saytının əməkdaşı
Çingiz Abdullayev, əməkdar artist Səlim Abbasov Beynəlxalq Qalereya ilə əməkdaşlığa görə diplomla təltif olundular.
Sonda xatirə şəkilləri çəkildi. Söhbət çay süfrəsi ətrafında davam etdirildi.
AYGÜN