Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Zəngəzur dəhlizi məsələsi Azərbaycanın və Ermənistanın suveren işidir”. Tezadlar.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya iki ölkə arasında danışıqlara hər cür dəstək verir. “Biz Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyirik. Bakı və İrəvanın mümkün qədər tez müqavilə imzalamasını arzu edirik. Bununla yanaşı, əgər tələb olunarsa, bu prosesə hər cür yardım göstərməyə hazırıq”, – D.Peskov qeyd edib.
Maraqlıdır, doğrudanmı rəsmi Moskva bu dəhlizin fəaliyyətinin və mövcudluğunun Ermənistanla Azərbaycanın işi olduğunu indi başa düşüb?! Təki belə olsun…