25 İyul 2025 / 15:29

Enerqodarda USQ-nin hücumu zamanı iki nəfər həlak olub

Zaporojye AES-in peyk şəhəri Enerqodarda Ukrayna Silahlı Qüvvələrinin kütləvi artilleriya atəşinə tutulması nəticəsində iki mülki şəxs həlak olub, daha iki nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski məlumat verib.

“Ukrayna Silahlı Qüvvələri Enerqodar şəhərini iriçaplı artilleriya atəşə tutub. Yaşayış binalarından birinin ərazisi və “Sovremennik” teatrının ərazisi zədələnib. Dayanacaq ərazisində park edilmiş avtomobillərə ziyan dəyib. Hazırda iki yerli sakinin yaralandığı, iki nəfərin öldüyü məlumdur”, – Balitski özünün Telegram kanalında yazıb.

O qeyd edib ki, Zaporojye AES normal işləyir və Ukraynanın hücumları nəticəsində “stansiyanın əsas qurğularının təhlükəsizliyi pozulmayıb”.

Zaporojye AES-in mətbuat xidmətinin verdiyi məlumata görə, bu gün səhər saatlarında AES-in dayanacağına Ukraynaya məxsus pilotsuz uçan aparatdan döyüş sursatı atılması nəticəsində 7 mülki avtomobilə ziyan dəyib, zavodun əməkdaşları xəsarət almayıb.

İyulun 23-də Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-in peyk şəhəri Enerqodar yaşayış məntəqəsinə kamikadze dronlarla dəfələrlə hücum edib. İyulun 18-nə keçən gecə Ukrayna hərbçiləri qapalı uşaq bağçasını və yaşayış binalarını lüləli artilleriyadan atəşə tutub, nəticədə bir qadın yaralanıb. 2025-ci ilin yayında Ukrayna Silahlı Qüvvələri şəhərdəki yaşayış binalarına və mülki infrastruktur obyektlərinə və bilavasitə Zaporojye AES-də, xüsusən də dünyada yeganə tam miqyaslı reaktor zalı simulyatoru olan Zaporojye AES-in təlim mərkəzinə dəfələrlə hücum edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!