Əsas məzmuna keç

İlham Əliyev TRIPP layihəsi ilə bağlı ünvanladığı xoş sözlərə görə Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev  sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampa “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanması münasibətilə ünvanladığı müraciətdə onun haqqında söylədiyi xoş sözlərə görə təşəkkür edib.

“Hörmətli Prezident Donald Tramp, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm” ,- deyə Prezident İlham Əliyev paylaşımında qeyd edib.

Xatırladaq ki, bu gün TRIPP layihəsinin praktiki icrası mərhələsinə rəsmi olaraq başlanılıb. Ermənistanın Sünik vilayətində tikinti işlərinə hazırlıq tədbirlərinə start verilib, həmçinin TRIPP layihəsinin inkişafı üzrə xüsusi şirkət yaradılıb.

Tezadlar.az xəbər verir ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp layihənin rəsmi başlanması münasibətilə videomüraciətində Prezident İlham Əliyevə Vaşinqtonla əməkdaşlığa və layihənin praktiki icrasına başlanması üçün şəraitin yaradılmasına verdiyi töhfəyə görə təşəkkür edib.

“Mən bir daha Baş nazir Paşinyana və onun həmkarı, Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə əməkdaşlığa və bu günü mümkün etdiklərinə görə, eləcə də Nobel Sülh Mükafatına mənim namizədliyimi irəli sürmək kimi alicənab addımlarına görə təşəkkür etmək istərdim”, – ABŞ Prezidenti bildirib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…