Qısa məsafədə asta qaçış, idrak qabiliyyətlərilə birbaşa əlaqəli olan beyin qabığının sol alın hissəsini aktivləşdirir.
Hətta 3-6 km/saat sürətlə on dəqiqəlik son dərəcə yavaş qaçış belə beyni aktivləşdirir və qərar qəbuletməni yaxşılaşdırır.
Kyodo agentliyinin məlumatına görə, bu, Yaponiyanın Tsukuba Universitetindən bir qrup tədqiqatçı tərəfindən əldə edilən nəticədir.
Onların fikrincə, gəzinti sürətinə yaxın qısa qaçışlar xüsusilə yaşlılar və intensiv fiziki məşqlərə öyrəşməyənlər üçün uyğundur.
Tsukuba Universitetinin tədqiqatçıları öz nəticələrini 2021-ci ildən bəri hər iki cinsdən olan 24 könüllü qrupun iştirakı ilə apardıqları müşahidələrə əsaslandırırlar.
Məlum olub ki, qısa məsafədə asta qaçış idrak qabiliyyətlərilə birbaşa əlaqəli olan beyin qabığının sol alın hissəsini aktivləşdirir.
Tsukuba Universitetinin tədqiqatçıları aşağı intensivlikli məşqlərin təsirləri ilə bağlı tədqiqatlarını davam etdirmək niyyətindədirlər.
JASMİN







