19 Avqust 2025 / 08:45

MEHRİBAN ƏLİYEVA VƏ AZƏRBAYCAN MULTİKULTURALİZMİ

…Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda multikulturalizm dəyərlərinin təbliğindəki rolu olduqca böyükdür.
O,
multikulturalizm dəyərləriningeniş səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun dəstəyi ilə çox böyük işlər görməkdədir. Onun bu sahədəki əməyi rolu danılmazdır. Mehriban xanım Əliyevanın multikulturalizm və tolerantlıq siyasətinin təbliğinə, təşviqinə, ideyalarının, layihələrinin gerçəkləşməsinə olan böyük dəstəyi sayəsində Azərbaycanın beynəlxalq imicində çox böyük müsbət irəliləyişlər əldə olunmuşdur. Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas hissəsini azərbaycançılıq multikulturalizm kimi dəyərlər təşkil edir. Azərbaycandakı multikulturalizm ideya və dəyərlərinin təbliğindəki rolu ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir… Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir” amalına öz dəstəyini vermişdir. Mehriban xanım Əliyevanın multikulturalizm ideya və dəyərlərinin təbliğinə verdiyi önəm təkcə ölkə daxilində deyil, eləcə də dünyanın hər yerində görünür və kifayət qədər yüksək qiymətləndirilir. O, insan və sivilizasiyaların inkişafının əsas kriteriyası, humanistik istiqamətini multikulturalizmin ideya və dəyərlərində görürdü. Mehriban xanım Əliyeva Azərbaycanın inkişaf strategiyasının əsasını mədəni siyasət qlobal miqyasda mədəniyyətlərin inteqrasiyasında olduğunu bildirirdi. O, mədəniyyətin cəmiyyətin, bütövlükdə dünyanın inkişaf strategiyasındakı əsas rolunu yüksək qiymətləndirirdi. Mehriban xanım ƏliyevaAzərbaycanda multikulturalizmin ideya və dəyərlərini mədəniyyətlərarası kommunikasiyanın ən effektli üsullarından olan dialoq millətlər, sivilizasiyalar, mədəniyyətlərarası anlaşmaya, insan həyatı və fəaliyyətinin davamlı forma və dəyərlərinin aşkarlanmasına yönəldilmiş əlaqə növündən istifadə edərək inkişaf etdirilməsinə nail olmuşdur. Bunun sayəsində Azərbaycanın nüfuzu bəşəriyyət miqyasında fikir mübadiləsi sayəsində mümkün ola biləcək ən yüksək səviyyələrə çatdırılmışdır. Mehriban xanım Əliyeva üçün fərqli mədəniyyətlərin, dünyagörüşlərinin bütövləşməsi sayəsində cəmiyyətə ümumbəşəri dəyərləri aşkarlamaq, onlara müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcılarının ümumi yanaşmasını göstərərək, humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həlli məqsədilə birgə fəaliyyəti situmullaşdırmaq hər bir zaman olduqca böyük əhəmiyyət kəsb etmişdir. Xanım Əliyeva mədəniyyətlərarası əlaqələrin təhliliproblemlərin çözümü üçün birgə sabit mexanizmlərin işlənməsi məsələlərini əhəmiyyətli dərəcədə qiymətli hesab edərək, insan inkişafının multikultur strategiyasının uğurlu icrası sayəsində gerçəkliyə çevrilə biləcəyini bildirirdi. O, Azərbaycan reallıqları kontekstində mədəniyyətlərarası dialoqun çox böyük perspektivlərindən istifadə edərək, maddi və insan resurslarını artırmağın və milli ruh və ənənələrin təbliğ oluna biləcəyi fikrindədir. Hal-hazırda Azərbaycandamüxtəlif dini və etnik mənsubiyyətə malik olan insanların dinc yanaşı yaşamasında Mehriban xanım Əliyevanında rolu danılmazdır. O, fəailiyyəti ilə Azərbaycanda möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelini inkişaf etdirməyə nail olmuşdur.Mehriban xanım Əliyeva çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaqtərəfdarı kimi bu fikirlərin Azərbaycan cəmiyyətində vacibliyinə önəm verərək, ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə nail olmuşdur. Azərbaycanda multikulturalizmin inkişafında Mehriban xanım Əliyevanın yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu vardır. Ölkəmizdə multikulturalizmin ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün istiqamətlərdə inkişaf etdirilməsində Mehriban xanım Əliyevanın siyasi, diplomatik, iqtisadi, elmi-mədəni tədbirlərinin rolu danılmazdır. Tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulan Mehriban xanım Əliyevanın faəliyyəti nəticəsində Azərbaycanda multikulturalizm dəyərləri ən yüksək səviyyəyə çatdırılmışdır. O, fəaliyyəti zamanı xalqlar və dinlər arasında fərq qoymamaq məqsədilə reallaşdırılan tədbirləri ilə bir çox kəslərə nümunə olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya mədəniyyətinə töhfələr verərək, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə misilsiz səviyyədə yüksəkliklərə qaldırmağa nail olmuşdur. Onun çoxşaxəli əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırılıb və ölkəmizin milli-mədəni dəyərlərinin qorunub saxlanılmasına nail olunub. Mehriban xanım Əliyevanın Paris, Moskva, Berlin, Roma, Vatikankimi dünyanın nüfuzlu şəhərlərində təşkil etdiyi tədbirlər sayəsində Azərbaycanın multikulturalizm modeli çox böyük uğurla təbliğ olunmuşdur. UNESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsinə xüsusi önəm verərək, Azərbaycanın çoxmillətli və tolerant ölkə statusunu qoruyub saxlaması üçün çox böyük miqyasda işlər görməkdədir. O, Azərbaycanda multikulturalizmin inkişafını milli-etnik və dini dözümlülük mühitinin stabil saxlanılmasında görür. Mehriban xanım ƏliyevaAzərbaycanda multikultural və tolerantlıq ənənələrinin, etnik və milli-dini quruplar arasında gözəl harmonik münasibətlərin saxlanılması yolunda önəmli tədbirlər görərək, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu bütün dünyaya çatdırmışdır. Qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşamasında və ölkəmizin dünyada mutlikulturalizm mərkəzlərindən biri kimi tanınmasında Mehriban Əliyevanın beynəlxalq miqyasda gördüyü tədbirlərin rolu əvəzsizdir. O, multikulturalizm hərəkatının inkişafında, milli-mədəni irsimizin qorunması və təbliğində çoxşaxəli fəaliyyəti ilə çox böyük əhəmiyyətli işlərə imza atmışdır. Mehriban xanım Əliyevamultikulturalizm ideyalarının qoruyucusu kimi fəaliyyətində irqi, etnik, dini və gender müxtəlifliyini qorumağı dəstəkləyərək, dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi yolunda çox mühüm addımlar atmışdır. O, Azərbaycanı dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim etmişdir. Azərbaycan xalqının həyat tərzi olan multikulturalizmin daha da inkişaf etməsi üçün dövlət səviyyəsində hər zaman geniş miqyaslı işlər görülmüşdür. Azərbaycanda xalqların harmonik şəkildə birgə yaşamasının sübutukimi ölkəmizdə Alban kilsəsinin mövcudluğunu, yəhudirus pravoslav icmasının burada məskunlaşmasını misal göstərmək olar. Azərbaycandamultikulturalizmin hüquqi və siyasi qolununun layiqincə davam etdirilməsində Mehriban xanım Əliyevanın multikulturalizm siyasətinin rolu əvəzsizdir. Mehriban xanım Əliyevanın qaçqınlara və digər etnik-dini qruplara münasibəti onun insan hüquqlarına və demokratiyaya münasibətinin başlıca göstəricisidir. Azərbaycanın multikulturalizm ideyaları respublikamızın ən əsas nailiyyətlərindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqəti sayəsində Azərbaycan dünyada tolerantlıq ölkəsi kimi tanınır. Azərbaycandamultikulturalizmin geniş səviyyədə yayılmasında ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşməsinin rolu danılmazdır. Belə ki, ən qədim dövrlərdən Azərbaycanda məscidlər, kilsə və sinaqoqlar yanaşı mövcud olmuşdur. Azərbaycanda tolerantlığın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmasında, ölkəmizdə bütün dini konfessiyaların fəaliyyətinə bərabər imkanların yaradılmasında, Azərbaycanın mədəniyyətlərarası dialoqunun artmasında, sivilizasiyaların, mədəniyyətlərin, dinlərin mövqeyinin möhkəmləndirilməsində, çoxsaylı xalqların, mədəniyyətlərin, dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşamasında, milli-mədəni rəngarənglik mühitinin formalaşmasında, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşamasında Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərinin mahiyyəti olduqca böyükdür.

Vəfa Namazova,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük laborantı

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!