Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Yataqxana və hostellər. Layihələndirmə normaları” təsdiq edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərar qəbul edib.
Normada şagird və tələbə yataqxanaları ilə bağlı müddəalar da öz əksini tapıb.
Qeyd olunur ki, mədəniyyət və incəsənət təhsil müəssisələrinin tələbələri üçün yataqxanalarda sahəsi layihə tapşırığı ilə müəyyən olunan əlavə məşğələ otaqları nəzərdə tutulmalıdır.
…Tələbə şəhərciyi binalarının tərkibindəki yataqxanalarda ümumi yerlərin 15%-i ailəli tələbələr üçün nəzərdə tutulmalıdır.
…Yataqxananın yaşayış sahəsi bir nəfər üçün 10 m2-dən az olmamalıdır. Tələbə və şagirdlər üçün yataqxanaların yaşayış otağında müstəqil məşğələlər üçün yer nəzərdə tutulduqda yaşayış sahəsi bir nəfər üçün 12 m2-dən az olmamalıdır.
…14 yaşdan 18 yaşadək təhsilalanlar üçün nəzərdə tutulmuş yataqxanaların yaşayış otaqları bilavasitə dəhlizlə əlaqələnməlidir.