20 Avqust 2025 / 18:43

Fələstin ilk dəfə dünya gözəllik müsabiqəsinə qatılır

Fələstin ilk dəfə “Miss Universe 2025” müsabiqəsində təmsil olunacaq.

“Tezadlar” xəbər verir ki, Fələstini təmsil edəcək ilk qadın 27 yaşlı Nadeen Ayoubdur.

O bu barədə öz instaqram hesabında məlumat paylaşıb.

2022-ci ildə “Miss Palestine” seçilən Ayoub 130-dan çox ölkə təmsilçiləri ilə eyni səhnəni paylaşacaq.

Qeyd edək ki, noyabrın 21-də Tailandın paytaxtı Banqkokda 74-cü “Miss Universe” müsabiqəsinin finalı keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!