1 Sentyabr 2025 / 18:15

Azərbaycana 7 ayda 30 minədək hibrid avtomobil idxal olunub – əvvəlki ildən xeyli çox

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 601,2 milyon ABŞ dolları dəyərində 30 minə yaxın hibrid avtomobil idxal olunub.

Tezadlar.az  Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 84,3 faiz və ya 275 milyon dollar, say baxımından isə 2,6 dəfə və ya 18,6 min ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 7 ayında ölkəyə 1,17 milyard dollar (+24,1 faiz) dəyərində 63,4 mindən (+23,9 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 47,25 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 25,2 faiz bəndi çoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!