Əsas məzmuna keç

“YouTube”un payı üç aydır azalır

baeed dee b bf baebd

Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Facebook”un bazar payı 37,26 % təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu, avqust ayına nisbətən 9,61 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 4,56 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan “YouTube”un bazar payı ay ərzində 7,71 faiz bəndi az, il ərzində isə 8,23 faiz bəndi azalaraq 21,56 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (iyul-sentyabr aylarında azalma 3,4 dəfə təşkil edib).

Növbəti yerdəki “Instagram”ın bazar payı ay ərzində 1,3 faiz bəndi artaraq, illik isə 7,99 faiz bəndi azalaraq 12,32 % təşkil edib.

Dördüncü pillədəki “X”in bazar payı aylıq 0,72 faiz bəndi azalaraq, illik müqayisədə isə 12,23 faiz bəndi artaraq 11,02 % təşkil edib.

İlk beşliyi 7,69 %-lik bazar payı ilə “LinkedIn” qapayır. Sosial şəbəkənin bazar payı avqustda 1,93 faiz bəndi, il ərzində isə 0,6 faiz bəndi artıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…