2 Sentyabr 2025 / 23:25

Xəlifə Haftar Türkiyəyə səfərə hazırlaşır

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Ankara ilə münasibətləri normallaşdırmaq üçün sentyabrın sonunda Türkiyəyə səfər etməyi planlaşdırır.

“Tezadlar” xəbər verir ki, bu barədə Middle East Eye (MEE) portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, X.Haftar ötən həftə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla görüşüb. İ.Kalının onu Türkiyəyə səfərə dəvət etdiyi ehtimal olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!