3 Sentyabr 2025 / 10:58

Arını udmaq istədi, amma arı onu “uddu”…-ARI QİSASI

Ötən gün İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində ölüb. Tezadlar.az xəbər verir ki, hadisə rayonun Mican kəndində baş verib. Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Murad Hümmətov yaşadığı evin həyətində saxladığı arı pətəklərindən bal götürüb, pətəkdəki balın üzərindəki arını ölmüş bilib və balı udub. Lakin bu məqamda qəzəblənən arı onun dil nahiyəsindən sancıb. Nəticədə kişi ölüb. Faktla bağlı araşdırma aparılır.

Bəli, deyirlər, heyvanın ağlı yoxdur və ağlı yoxdursa, qisasçılığı da yoxdur. Amma fakt göstərir ki, arı kişiyə sübut etmək istədi ki, heyvan olanda noolar, onun da yaşamaq haqqı var… Rəhmətlik haqqında uzun müddət deyəcəklər ki, adi bir arıya qalib gələ bilmədi…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!