3 Sentyabr 2025 / 15:29

Vyetnam prezidenti Hanoyun Moskva ilə münasibətlərini qardaşlıq münasibətləri hesab edir

Vyetnam Sosialist Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər zamanın sınağından çıxmışdır və qardaşlıq xarakteri daşıyır.

Tezadlar.az xəbər verir ki, bunu Vyetnam prezidenti Luonq Kuonq Rusiya lideri Vladimir Putinlə görüşdə deyib.

“Biz Rusiya ilə ənənəvi dostluq münasibətlərinə ardıcıl olaraq böyük əhəmiyyət veririk, bunlar artıq zamanın sınağından çıxmış qardaşlıq münasibətləridir”, – Vyetnam prezidenti bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!