Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) atəşə tutması nəticəsində Xerson vilayətinin Hola Pristan şəhərində bir qadın ölüb, bölgənin bir neçə yaşayış məntəqəsinə ziyan dəyib.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vladimir Saldo özünün Telegram kanalında məlumat verib.
“Son sutka ərzində Kiyev rejiminin atəşi nəticəsində bir nəfər ölüb. 1955-ci il təvəllüdlü qadın Hola Pristanda PUA-nın hücumu nəticəsində ölüb”, – Saldo bildirib.
Onun sözlərinə görə, Syvaşskoye kəndində üç yardımçı tikili zədələnib, kənddən kənarda transformator yanıb, Bexteridə isə avtomobil sıradan çıxıb. Radenskedə 35 kvadratmetr sahədə quru bitki örtüyündə yanğın baş verib, yanğın yerli sakinlər tərəfindən söndürülüb. Burkut meşə təsərrüfatında da atəş nəticəsində 1,5 hektar meşə yanğını başlayıb, lokallaşdırılıb və söndürülüb.
Ukrayna Silahlı Qüvvələri həmçinin Aleşki, Geroyske, Qornostayevka, Zavodovka, Kazaçii Lagerya, Kaxovka, Kayrı, Novaya Kaxovka, Novaya Mayaçka, Podstepnoye, Saqi və Staraya Zburyevka ərazilərini atəşə tutub.
E.ŞİRİNOV