Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin ən böyük şəhəri olan İstanbulda Telegram, Twitter, YouTube və WhatsApp kimi məşhur sosial şəbəkələrin və messencerlərin fəaliyyətində irimiqyaslı fasilələr yaranıb. Bu, siyasi gərginliyin artması və müxalifətlə polis arasında toqquşmalar fonunda baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İnstaqrama və Facebook-a da təsir edən fasilələr gecə yarısından başlayıb və müxtəlif telekommunikasiya operatorları, həm mobil, həm də ev interneti vasitəsilə əlaqə yaratmağa cəhd edərkən qeydə alınıb.
Ötən axşam müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul ofisi yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub. İğtişaşlara cavab olaraq hakimiyyət sentyabrın 11-dək şəhərin altı rayonunda, o cümlədən mərkəzi rayonlarda mitinq və nümayişlərin keçirilməsini qadağan edib.
Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkələrdə iğtişaşlar və “təxribat xarakterli” nəşrlərlə bağlı araşdırmaya başlandığını açıqlayıb. Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Ebubekir Şahin də öz növbəsində kütləvi informasiya vasitələrinə ictimai təhlükəsizliyi təhdid edən nəşrlər üçün onların bloklanması və ya lisenziyalarının ləğv edilməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib. İnternet xidmətlərinin fəaliyyətində müşahidə olunan nasazlıqların səbəbləri ilə bağlı hələlik rəsmi şərh verilməyib.
E.ŞİRİNOV