9 Sentyabr 2025 / 21:22

Türkiyədə İŞİD-in qırmızı bülletenlə axtarılan üzvü yaxalandı

İŞİD terror təşkilatının qırmızı bülletenlə axtarılan üzvü Türkiyənin Çorum şəhərində saxlanılıb. 

“Tezadlar” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

O, yaşadığı ünvana təşkil edilən əməliyyat nəticəsində ələ keçirilib.

Evdə aparılan axtarış zamanı müxtəlif rəqəmsal materiallar və sənədlər ələ keçirilib.

Terrorçunun adı açıqlanmasa da, onun xarici əsilli olduğu qeyd edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!