14 Sentyabr 2025 / 18:31

Beynəlxalq Qalereyada xalçaçı rəssamın tələbələri ilə qrup sərgisi keçirilib – FOTOLAR

Sentyabrın 12-də Beynəlxalq Qalereyada “Gold School”, “Mir Talantov”, “Premium” tədris mərkəzlərinin və “Sabah” kurslarının müəllimi, xalçaçı rəssam Gülşən Mirzəyevanın tələbələri ilə qrup sərgisi təşkil olundu. Qeyd edək ki, sərginin layihə rəhbəri Aygün Əzizovadır.

Tezadlar.az  xəbər verir ki, sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarını salamladı və Gülşən xanımın işlədiyi 4 tədris mərkəzinin tələbələri ilə qrup sərgisinin kreativ olduğunu bildirdi.

Sərgidə fəxri qonaq olaraq iştirak edənlərin hər biri – ADRA-nın müəllimi Zinaida Mirzəzadə, rəssam – müəllim Səadət Nərmin Hacıyeva, “Mir Talantov” Təhsil Mərkəzinin rəhbəri Elvira Şabanova, “Sabah” kurslarının rəhbəri Jalə Məmmədova, “Gold School” Tədris Mərkəzinin rəhbəri Jalə Abdullayeva, “Premium” Tədris Mərkəzinin rəhbəri Gülnar Səmədova, müəllim Mailə Yusubova sərgidə iştirak edən tələbələrin hər birinə uğurlar arzuladılar.
Bu cür sərgilər gənc istedadların tanınmasına, sənətə olan marağın artırılmasına və tədris mərkəzlərinin əməkdaşlığının güclənməsinə böyük töhfə verdiyini qeyd etdilər.
Qeyd edildi ki, Gülşən Mirzəyevanın xalça sənətini gənc nəsilə ötürməsi milli irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda diplomlar təqdim olundu, xatirə şəkilləri çəkildi.

 

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!