15 Sentyabr 2025 / 06:45

Türkiyə XİN: İsrailə qarşı müstəsna münasibət ABŞ-ın bölgədəki mövqelərinə xələl gətirir

ABŞ-İsrail münasibətləri müstəsna xarakter daşıyır və bu, Vaşinqtonun Yaxın Şərqdəki mövqelərinə xələl gətirir.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” və “Qatar TV” telekanallarına müsahibəsində deyib.

“Bildiyiniz kimi, bütün Körfəz ölkələrinin, Türkiyənin və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ABŞ-la xüsusi münasibətləri var. Amma Amerikanın siyasi sistemində İsraillə münasibətlər müstəsnadır. Təəssüf ki, bu münasibətlər regionun digər ölkələri ilə qarşılıqlı əlaqədən üstündür. Və təbii ki, bu vəziyyət Amerikanın bölgəmizdəki nöqtələri və mövqeləri bahasına başa gəlir. Bu, Amerikanın regional dostlarını təhqir edir, ABŞ üçün bunun qarşısını almaq çətindir”, – Fidan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə rəhbərliyi “hər fürsətdə amerikalılarla bu məsələni müzakirə edir və vurğulayır ki, İsrailin bəşəriyyətə qarşı cinayətləri, dinc sakinlərin ölümü və ekspansionist siyasəti təkcə regiona deyil, həm də qlobal təhlükəsizliyə böyük təsir göstərir”.

“Amerikanın rəhbərlik etdiyi beynəlxalq sistem dağılmaq ərəfəsindədir, biz onlara deyirik. Amma burada da başa düşməliyik ki, Amerika siyasi sisteminin, əlbəttə, öz daxili dilemmaları var. Bunu da etiraf etmək lazımdır”, – XİN rəhbəri qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!