Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Feniks (Arizona ştatı) polisi bu həftə Yuta ştatında güllələnərək öldürülən sağçı fəal Çarli Kirkin müvəqqəti abidəsini dağıtmağa cəhd edən 19 yaşlı Rayder Korralı həbs edib.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli KOLD telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, saxlanılan şəxs Kirkin yaratdığı “Turning Point” təşkilatının qərargahının yaxınlığında yerləşən abidəni dağıtmağa cəhd edib. Korral hadisə yerinə yaxın olan şəxslər tərəfindən saxlanılıb və sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.
Telekanal xəbər verir ki, həbsdə olan cinayətkar bir neçə maddə ilə, o cümlədən əmlaka ziyan vurmaq və ictimai asayişi pozmaqda ittiham olunacaq.
Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Oremdə (Yuta) universitetdə çıxışı zamanı güllələnib. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fikirdə olan fəal ABŞ prezidenti Donald Trampın tərəfdarı olub. Kirk dəfələrlə Amerikanın Ukraynaya hərbi yardımının əleyhinə çıxış edib.
Qətldə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-də axşam saatlarında saxlanılıb və oğlunun cinayəti etiraf etdiyi öz atası tərəfindən səlahiyyətlilərə təhvil verilib. Tramp bu işdə Robinsonun günahkar bilinəcəyinə və edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini bildirib. Yuta qubernatoru Spenser Koksun daha əvvəl deyib ki, səlahiyyətlilər Robinsonun təkbaşına hərəkət etdiyini düşünür.
E.ŞİRİNOV