Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün imkanlarını ləğv etməlidir.
Tezadlar.az xəbər verir ki, bunu Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar sessiyasında çıxışı zamanı ABŞ-ın energetika naziri Kris Rayt deyib.
“İranın MAQATE-yə qarşı şəffaflığın olmaması və nüvə eskalasiyası qəbuledilməzdir. İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi üzrə bütün imkanlar tamamilə ləğv edilməlidir”, – o deyib.
“İran öz öhdəliklərinə uyğun olaraq MAQATE ilə tam əməkdaşlıq etməli və müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir”, – nazir qeyd edib.
E.ŞİRİNOV