16 Sentyabr 2025 / 07:59

İsrail Qəzzanı ələ keçirmək üçün genişmiqyaslı hücuma başladı- 2- Cİ CƏBHƏ

Bu gecə saatlarında İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, İsrail qüvvələrinin həyata keçirdiyi quru hücumu 15 sentyabrdan başlayıb. Məsələ ondadır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq”. TV bildirir ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşdə Vaşinqtonun “quru əməliyyatı dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini” deyib. Netanyahu isə 8 sentyabrda bəyan etmişdi ki, İsrail ordusu yaxın günlərdə Qəzzaya genişmiqyaslı hücuma başlayacaq və bu səbəbdən yerli sakinlər şəhəri dərhal tərk etməlidirlər. Daha əvvəl İsrail, Qəzza anklavında tam nəzarət qurmaq və HƏMAS-ı tam məhv etmək məqsədilə genişmiqyaslı hücum əməliyyatı planlaşdırdığını açıqlamışdı. Hücum planları avqust ayının sonunda Netanyahu tərəfindən təsdiqlənmişdi.

Bu hadisə İranda da ciddi təşviş yaradıb. Ölkənin Müdafiə Qüvvələri hazırlıq vəziyyətinə gətirilib. İranlı fəalların sosial şəbəkə paylaşımlarında İsrailin İrana da hücum edəcəyi qeyd olunur.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!