Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda bir sıra hüquqi çərçivənin və strateji sənədlərin hazırlanması və təkmilləşdirilməsi məqsədilə ABŞ-nin “McKinsey & Company” konsaltinq şirkəti ilə əməkdaşlıq ediləcək.
Tezadlar.az xəbər verir ki, bu istiqamətdə işlərin təşkili üçün İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC hazırlıqlara başlayıb.
Məlumata əsasən, “McKinsey & Company”nin Azərbaycandakı filialı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun hüquqi çərçivəsinin təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, “yaşıl sənaye zonası”nın yaradılması, İnvestisiyaların sürətləndirilməsi çərçivəsinin formalaşdırılması, 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması istiqamətlər üzrə məsləhətçi xidmətləri göstərəcək.
Bu işlərin ümumi dəyərinin 9,6 milyon manat təşkil edəcəyi gözlənilir.