17 Sentyabr 2025 / 08:51

Tramp Modi ilə telefon danışığını gözəl adlandırıb

Tramp Ukrayna münaqişəsinin həlli üçün sülh təşəbbüslərini dəstəklədiyinə görə Modiyə təşəkkür edib

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. Amerika lideri bunun “gözəl söhbət” olduğunu vurğulayıb.

“Dostum, baş nazir Narendra Modi ilə indicə gözəl söhbəti bitirdim. Onu ad günü münasibətilə təbrik etdim. O, inanılmaz iş görür”, – Tezadlar.az xəbər verir ki, Ağ Evin sahibi Truth sosial şəbəkəsində yazıb.

Tramp həmçinin Hindistan liderinə Ukrayna münaqişəsinin həlli üçün sülh təşəbbüslərini dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, bu telefon danışığı Trampla Modi arasında iyunun 17-dən bəri ilk təmas olub. Hindistanın baş nazirinin ABŞ prezidentinin Vaşinqtona səfər dəvətindən imtina etdiyi də məlumdur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!