17 Sentyabr 2025 / 10:24

Paşinyan sülh tərəfdarı olduğuna söz verdi və yazdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. Tezadlar.az “Novosti Armeniya”ya istinadla bildirir ki, Ermənistanın Baş naziri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib. Sitat: “Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm – buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi – red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!