Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Ukrayna Ali Radasında çıxışı zamanı bildirib ki, AP Ukrayna ilə gündəlik əməkdaşlıq üçün Kiyevdə daimi nümayəndəlik açacaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukraynalı deputatlara müraciət edən Metsola Kiyevə “Əməkdaşlığımızı daha da gücləndirmək üçün gəlmişik” deyib. Sitat: “Biz burada, Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açırıq ki, Ukraynada olaq və hər gün burada, sizin yanınızda çalışaq!”.
Xanım sədr əlavə edib ki, “bu, bizim sizə olan öhdəliyimiz idi və biz onu yerinə yetiririk… Biz sizinləyik və burada qalmaq üçün buradayıq. Həm də deyirik: siz heç vaxt tək qalmayacaqsınız. Hətta siz Ukraynanı yenidən qurduğunuz müddətdə də biz sizinlə birlikdə olmağa davam edəcəyik”.
Rusiya mediası xanım sədri sərt tənqid etməkdədir…
A.Məmmədli