18 Sentyabr 2025 / 06:16

Britaniyada Tramp əleyhinə etirazlardan sonra böyük addım

ABŞ prezidenti Donald Trampın krallığa səfərini başa vurduqdan sonra Böyük Britaniyanın Fələstini tanımaq planları üzə çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın baş naziri Keir Starmer bu həftə sonu kimi Fələstin dövlətini tanıyacaq. Bununla belə, Londonun Trampın səfərindən sonraya qədər açıqlama vermədiyi vurğulanır, çünki əks halda məsələnin cümə axşamı Starmer ilə ABŞ prezidenti arasında keçiriləcək mətbuat konfransında əsas mövzuya çevriləcəyi ilə bağlı narahatlıqlar var.

Daha əvvəl bildirilmişdi ki, Londonda minlərlə insan Trampın səfərinə etiraz edir. Tramp əleyhinə koalisiya üzvləri əllərində Fələstin bayraqları ilə Qəzza zolağının azad edilməsini tələb edirlər. Etirazçılar həmçinin İsraili silahlandırmaya son qoymağa çağırırlar.

Bundan az əvvəl Ağ Evin prezidenti Donald Tramp və xanımı İngiltərə kralı ilə görüşmək üçün Vindzor qəsrinə gəliblər. ABŞ lideri və Melaniya Trampı helikopterdə şahzadə Uilyam və şahzadə Ketrin qarşılayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!