Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ermənistanı Albaniya ilə qarışdırdıqdan sonra səhvini düzəldib.
Tezadlar.az xəbər verir ki, 1lurer.am portalının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ liderini iki ölkəni qarışdırsa da, ona bəraət qazandırıb.
“Ölkə lideri öz səhvlərini özü bildiyi kimi düzəldir və ABŞ prezidenti bunu artıq edib, o cümlədən (sosial media platformasındakı) son paylaşımında”, – Ermənistanın baş naziri bildirib.
O əlavə edib ki, özü də bu yaxınlarda məşhur erməni boksçularının adlarını qarışdırıb, lakin bu, o demək deyil ki, o, ikisi arasında fərq görmür.
Bundan əvvəl Tramp “Fox News” telekanalında ikinci dəfə Ermənistanı Albaniya ilə səhv salıb. ABŞ lideri ilk dəfə amerikalı jurnalist Mark Levinlə müsahibəsində Ermənistanı “Albaniya” adlandırıb.
E.ŞİRİNOV