Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsinin həlli onun gözlədiyindən də çətinləşib.
Tezadlar.az bu barədə “Fox News”a istinadən xəbər verir.
Tramp Ukraynadakı vəziyyətin daha asan həllini gözlədiyini bildirib. Bununla belə, Ağ Ev rəhbəri əlavə edib ki, o, əvvəllər “çox çətin işlər görüb”.
“Bu, düşündüyümdən də çətin oldu. Amma mən çox çətin işlər görmüşəm”, – o deyib.
Tramp seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına söz verib. Prezident kimi o, belə bir ssenarinin onun imkanlarından kənar olduğunu etiraf etdi.
O, daha sonra əlavə edib ki, Ukraynadakı münaqişəni bir gündə bitirmək vədi zarafatdır. Lakin o, əvvəllər etiraf etmişdi ki, münaqişəyə son qoyulması onun gözlədiyindən də çətin olub.
E.ŞİRİNOV