20 Sentyabr 2025 / 08:52

Trampın Ukraynaya yardımla bağlı açıqlamasının mənası açıqlanıb

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Ukraynadakı münaqişədən qazanc əldə etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Tezadlar.az bildirir ki, o, bu barədə “Judging Freedom” YouTube kanalında açıqlama verib.

Dizenin sözlərinə görə, Tramp Avropa Birliyinə açıq şəkildə bildirib ki, o, Ukraynanı dəstəkləməli olacaq.

“Tramp üçün hər şey yaxşıdır. O, pulu əldə etdi və sonda Ukrayna parçalananda o, guya bunu dəstəklədiyini göstərə bilər, lakin bunu batıran avropalılar olub”, – ekspert izah edib.

Bundan əvvəl Tramp Ukraynaya silah tədarükündən əldə olunan gəlirdən danışıb.

“Mən bu müharibədən pul qazanmaq istəmirəm, amma əslində biz bu müharibədən pul qazanırıq, çünki silahlarımız alınır”, – o deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!