22 Sentyabr 2025 / 08:50

Modi hindliləri idxal mallarını almağı dayandırmağa çağırıb

Modinin açıqlamaları Hindistan və ABŞ arasındakı münasibətlərdəki gərginliklə əlaqələndirilir

Hindistanın baş naziri Narendra Modi vətəndaşları xaricdən gətirilən malları almağı dayandırmağa çağırıb. Hindistan lideri həmçinin sakinləri özünü təminat yoluna keçməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “India Today” qəzeti məlumat yayıb.

“Baş nazir Modi yerli məhsulları təşviq etmək çağırışını təkrarladı, vətəndaşları özünü təmin etməyə və xarici istehsal mallarından asılılığını azaltmağa çağırdı”, – məlumatda deyilir.

Bundan əlavə, Hindistan səlahiyyətliləri yerli istehsalı artırmaqla investisiya üçün şərait yaradılmasının vacibliyini vurğulayıblar.

Qeyd olunur ki, bu bəyanatlar ABŞ və Hindistan arasındakı gərginliklə bağlıdır.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ prezidenti Donald Tramp və Narendra Modi arasında telefon danışığı olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!