Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Sentyabr 2025 / 21:20

Ceyhun Bayramov Nyu-Yorkda Rumıniya XİN rəhbəri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu- Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci Sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.

“Təzadlar” xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.

Bildirilib ki, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələri diqqət mərkəzində olmaqla Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib.

Enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malik iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd edilib. Yaşıl enerji sahəsində birgə layihələr və Orta dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları araşdırılıb.

Həmçinin münaqişədən sonrakı reallıqlara, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!