Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Sentyabr 2025 / 15:21

“İrəvan və Bakı sülh sazişini imzalamalı və ratifikasiya etməlidir ki…”

“ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin artıq həyata keçirilməsinə başlayıb”. Tezadlar.az “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Emənristandakı səfiri Kristina Kuinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi” mövzusunda müzakirə zamanı bildirib. Kuiin deyib ki, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidirlər. Sitat: “Sülh nə qədər tez imzalanarsa, onun üstünlükləri də o qədər tez həyata keçiriləcək”. O, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına toxunaraq qeyd edib ki, münasibətlərin normallaşması təkcə hər iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.

Qeyd edək ki, ABŞ və Ermənistan Vaşinqtonda üç sənəd imzalayıb. Bundan əlavə, Azərbaycan və Ermənistan ABŞ-nin iştirakı ilə iki sənəd imzalayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!