Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzada soyqırım törətməkdə ittiham edib və bu ittihamları təsdiqləyən foto dəlillər təqdim edib.
Tezadlar.az xəbər verir ki, Ərdoğanın bəyanatları BMT Baş Assambleyasında səslənib.
Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, 2025-ci ildə Qəzza zolağında 150-yə yaxın uşaq aclıqdan ölüb. 2023-cü ilin oktyabr ayından bu yana anklavda 20 mindən çox uşaq döyüşlər nəticəsində həlak olub. O, sözlərini Qəzza zolağından çəkilmiş kadrlarla müşayiət edib.
“Qəzzada tibbi infrastruktur tamamilə məhv edilib; həkimlər ya öldürülüb, ya da saxlanılıb. Təəssüf ki, Qəzza zolağında günahsız, qolları və ayaqları olmayan iki yaşlı körpələrin fotoları adi hala çevrilib”, – siyasətçi vurğulayıb.
Ərdoğan xatırladıb ki, Qəzza zolağına humanitar yardımlar əhalinin ehtiyaclarının yalnız 15%-nə qismən çatır, bir çox ərzaq məhsulları isə zolağa çatmır.
Siyasətçinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri “işğal və kütləvi qətl siyasətinin həyata keçirilməsi” çərçivəsində 250 jurnalisti qəsdən öldürüb.
Çıxışını yekunlaşdıran Ərdoğan bütün ölkələri Fələstin dövlətini tanımağa çağırıb və Fələstin prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasında iştirak etməməsinə hiddətini ifadə edib.
E.ŞİRİNOV