Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Sentyabr 2025 / 11:31

Məhkəmə zalından qaçan Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü tapılıb

Federal Əmlakın İdarə Edilməsi Agentliyinin (Rosimuşçestvo) keçmiş məmurunun meyiti tualetdə aşkar edilib

Kronştadtda məhkəmə zalından qaçan Federal Əmlakın İdarə Olunması Agentliyinin (Rosimuşçestvo) keçmiş rəsmisi Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi bildirib.

“Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun binasında ölüb. Onun meyiti bağlı tualetdə aşkar edilib”, – mənbə bildirib.

Tualetin içərisində Avakyanın qanlar içində meyiti və bıçaq tapılıb. İlkin nəticələr onun intihar etdiyini göstərir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili tibbi yardım maşını və İstintaq Komitəsinin əməkdaşları gəlib. Hadisə ilə bağlı araşdırma aparılır.

“Hadisə yerinə baxış keçiriləcək, ilkin araşdırma aparılır”, – İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, Avakyan sentyabrın 23-də Kronştadtda gömrük rüsumlarını ödəmədiyinə görə ona hökm oxunmalı olan məhkəmə iclasından qaçıb. “112” Telegram kanalının məlumatına görə, Avakyan siqaret çəkmək üçün bayıra çıxmaq bəhanəsi ilə qaçıb. Sonradan məlum olub ki, o, Vasilyevski adasının Bolşoy prospektində yerləşən Ermənistan konsulluğunda gizlənib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!