25 Sentyabr 2025 / 13:30

Tramp eskalatorda az qala yıxılıb ölcəkdi

Tramp və Melaniya yalnız tutacaqlardan möhkəm yapışdıqları üçün yıxılmaqdan yayınıblar

ABŞ prezidenti Donald Tramp hesab edir ki, o və həyat yoldaşı BMT Baş Assambleyasına gedərkən eskalatorun qəfil dayanması nəticəsində az qala yıxılıb öləcəkdilər.

Tezadlar.az xəbər verir ki, o,  bu barədə “Truth Social” sosial media hesabında paylaşıb: “Melaniya ilə mən yalnız eskalatorun iti metal pilləkənlərinə üzbəüz düşməyimiz təəccüblüdür. Çünki tutacaqlardan möhkəm yapışmışdıq. Əks halda, nəticələr fəlakətli ola bilərdi”.

Trampın sözlərinə görə, onun BMT-nin qərargahındakı uğursuzluqları bununla bitməyib. Çıxışından on beş dəqiqə sonra teleprompter işləməyi dayandırıb. Buna baxmayaraq, o, Baş Assambleyanın tribunasından çıxışını davam etdirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!