Tramp və Melaniya yalnız tutacaqlardan möhkəm yapışdıqları üçün yıxılmaqdan yayınıblar
ABŞ prezidenti Donald Tramp hesab edir ki, o və həyat yoldaşı BMT Baş Assambleyasına gedərkən eskalatorun qəfil dayanması nəticəsində az qala yıxılıb öləcəkdilər.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial media hesabında paylaşıb: “Melaniya ilə mən yalnız eskalatorun iti metal pilləkənlərinə üzbəüz düşməyimiz təəccüblüdür. Çünki tutacaqlardan möhkəm yapışmışdıq. Əks halda, nəticələr fəlakətli ola bilərdi”.
Trampın sözlərinə görə, onun BMT-nin qərargahındakı uğursuzluqları bununla bitməyib. Çıxışından on beş dəqiqə sonra teleprompter işləməyi dayandırıb. Buna baxmayaraq, o, Baş Assambleyanın tribunasından çıxışını davam etdirib.
E.ŞİRİNOV







