26 Sentyabr 2025 / 07:42

Lukaşenko Putinə ABŞ hakimiyyətinin müəyyən mesajlarını çatdırmaq niyyətindədir

Belarus lideri Aleksandr Lukaşenko görüş zamanı ABŞ hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinə bir sıra mesajlarını çatdıracaq.

Tezadlar.az xəbər verir ki, siyasətçi bu barədə sentyabrın 25-də jurnalistlərlə söhbətində bildirib.

Media nümayəndələri Belarus liderindən üzbəüz görüş zamanı ABŞ nümayəndələrinin rusiyalı həmkarına hər hansı mesajı çatdırmaq niyyətində olub-olmadığını soruşublar.

“Sabah bütün xəbərləri və mesajları ona çatdıracağam. Üstəlik, bu, bizim ümumi məsələlərimizi müzakirə etmək üçün belə böyük blokdur. Biz orada bəzi təklifləri müzakirə edəcəyik”, – Lukaşenko deyib.

Daha sonra jurnalistlər amerikalılardan mesajların olub-olmayacağını soruşublar.

“Amerikalılardan da. Çoxlu suallar yığılıb. Mən bu barədə sabah sizə məlumat verə biləcəyəm”, – deyə siyasətçi yekunlaşdırıb.

Bundan əvvəl prezident Putinin Belarusu əsl nüvə dövlətinə çevirdiyini bəyan edib. Siyasətçi buna görə Rusiya liderinə təşəkkür edib və “gözəl atom elektrik stansiyası” ilə də öyünüb.

Sentyabrın 26-da Lukaşenko Rusiyaya işgüzar səfər edəcək və bu səfər zamanı Qlobal Atom Forumunda iştirak edəcək. O, Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!