26 Sentyabr 2025 / 07:28

Zelenskinin həyat yoldaşı Melaniya Trampla fotosunu nümayiş etdirib

Vladimir Zelenskinin həyat yoldaşı Olena sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın həyat yoldaşı ilə birgə fotosunu yayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Yayımlanan fotoda qadınlar bir-birinin yanında kamin qarşısında dayanıblar. Olena Zelenska fotoya başlıq yazarkən Melaniya Trampla görüşündə uşaqların müdafiəsi və “ortaq dəyərləri” müzakirə edib.

“Mən ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdüm. Biz ortaq dəyərlərimizi, ilk növbədə uşaqların və onların uşaqlığının qorunmasını müzakirə etdik”, – Zelenska yazıb.

Bundan əvvəl Olena Zelenska və Melaniya Tramp BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüş keçirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!