Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qərb Polşaya təzyiq edir, onu Rusiya ilə münaqişəyə sövq edir.
Tezadlar.az xəbər verir ki, bu barədə Norveçin “Steigan” nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Avropa hazırda yeni böyük müharibənin astanasındadır. Müəllifin fikrincə, NATO və ABŞ Polşanı Rusiya ilə münaqişədə cəbhəyanı dövlət rolunu öz üzərinə götürməyə məcbur etməyə çalışır.
“NATO və Birləşmiş Ştatlar böyük güc oyunlarında hərəkət edə biləcək bir oyunçuya ehtiyac duyurlar. Polşa bu modelə uyğundur”, – deyib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl bəyan etmişdi ki, ölkə Rusiya təyyarələri onun hava məkanına daxil olarsa, onları vurmağa hazırdır. O, Rusiya hökumətinə müraciət edib ki, raket və ya təyyarə ölkənin hava məkanına icazəsiz qəsdən və ya səhvən daxil olarsa və vurularsa, “gəlib şikayət etmə”.
E.ŞİRİNOV