Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planını alqışlayıb.
Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial media platformasında yazıb.
“Biz bütün tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq. Aİ üzərinə düşəni etməyə hazırdır. Hərbi əməliyyat Qəzza xalqına təcili humanitar yardımın çatdırılması və bütün girovların dərhal azad edilməsi ilə başa çatmalıdır”, – fon der Leyen yazıb.
Sentyabrın 29-da İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp bəyan edib ki, ərəb və müsəlman ölkələri sülh planı çərçivəsində Qəzza zolağında HƏMAS hərəkatını tərksilah etməyi öhdələrinə götürüblər.
Bundan başqa, Ağ Ev prezidenti nizamlanma prosesinə nəzarət etmək üçün keçid orqanının (Sülh Şurası) yaradılmasını təklif edib. Ona Donald Trampın özü sədrlik edəcək.
Şuraya ABŞ prezidenti ilə yanaşı, Britaniyanın keçmiş baş naziri Tony Blair də daxil olmaqla, digər şəxslər də daxil olacaq. Qurum Qəzzada bələdiyyələrin və ictimai xidmətlərin fəaliyyətinin təmin edilməsinə cavabdeh olacaq.
E.ŞİRİNOV