2 Oktyabr 2025 / 09:55

Makron ABŞ-ın Ukraynaya qoşun göndərməkdən imtina etməsini zəiflik əlaməti adlandırıb

Makron ABŞ-ın taktikasını “strateji qeyri-müəyyənlik” kimi qiymətləndirib.

Tezadlar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynaya qoşun yeritməsi ilə bağlı mövqeyini kəskin tənqid edib. O, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bəyan edib ki, Vaşinqtonun qoşun göndərməməsi ilə bağlı açıq bəyanatı “zəiflik əlaməti”dir.

“Artıq 2022-ci ilin yazında amerikalı tərəfdaşlarımız bəyan etdilər ki, onlar (Ukraynaya) əsgər göndərməyəcəklər… Bu, zəiflik əlamətidir”, – Fransa lideri bildirib.

Makron ABŞ-ın taktikasını “strateji qeyri-müəyyənlik” kimi qiymətləndirərək qeyd edib ki, bu cür açıq bəyanatlar Qərbin Rusiyaya qarşı mühafizə siyasətinin effektivliyinə xələl gətirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!