2 Oktyabr 2025 / 18:26

Yeni Yasamalda eyvanlara tuşlanan kameralar: məqsəd tullantı atanları izləməkdir

Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi təhlükəsizlik tədbiri həyata keçirilib.

Tezadlar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yaşayış kompleksinin ətrafında üzü eyvanlara yönələn kameralar quraşdırılıb.

Kompleksin komendantının verdiyi məlumata görə, bu kameralar bəzi sakinlər tərəfindən eyvanlardan həyətə tullantı atılmasının qarşısını almaq məqsədilə yerləşdirilib.

Komendant bildirib ki, kameraların quraşdırılması mövcud vəziyyəti müsbət yöndə dəyişib və tullantı atma hallarının azalmasına nail olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!