Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp belə qənaətə gəlib ki, Amerika onun komandasının terror təşkilatları kimi xarakterizə etdiyi narkotik kartelləri ilə “silahlı münaqişəyə” cəlb olunub.
Tezadlar.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin məlumatına görə, bu, Konqresə təqdim olunan məxfi hesabatdan irəli gəlir.
Müvafiq bildiriş Konqresin bir neçə komitəsinə göndərilib və jurnalistlər tərəfindən əldə edilib. Trampın narkotik kartellərinə qarşı kampaniyasını rəsmi olaraq aktiv silahlı münaqişə kimi qələmə vermək qərarı onu deməyə əsas verir ki, Tramp beləliklə, hüquqşünasların fikrincə, fövqəladə müharibə dövründəki səlahiyyətlərə iddiasını irəli sürür.
Məlum olduğu kimi, belə bir münaqişədə dövlətin heç bir təhlükə yaratmasa belə, düşmən döyüşçülərini öldürmək üçün qanuni əsasları var. Onlar həmçinin qeyri-müəyyən müddətə məhkəməsiz həbs oluna və hərbi tribunallarda mühakimə oluna bilərlər.
Daha əvvəl “NYT” jurnalistləri Trampın Latın Amerikasında zərbələrə hazırlıq barədə göstəriş verdiyi barədə məlumat vermişdilər. Gizli direktiv kartellərə qarşı dənizdə və xarici torpaqlarda birbaşa hərbi əməliyyatların rəsmi əsasını təmin edir.
Sentyabrda ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Amerika qüvvələri Karib dənizində Venesueladan yola düşən narkotik maddə daşıyan gəmiyə ölümcül zərbə endiriblər. ABŞ lideri tezliklə Rubionun hadisə ilə bağlı açıqlamasını təsdiqləyib.
E.ŞİRİNOV