3 Oktyabr 2025 / 15:47

Rusiyanın neftayırma zavoduna daha bir PUA hücumu

Trampdan razılıq alınandan sonra Ukraynanın uzaqmənzilli PUA-ları Rusiyanın “Orsknefteorgsintez” zavoduna zərbə endirib.  Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları 1400 km uzaqlıqda olan Orenburq vilayətinin Orsk şəhərində yerləşən neftemalı zavodunu vurub. Bildirilir ki, “Orsknefteorgsintez”də zərbə nəticəsində yanğın baş verib. Hadisədən sonra zavodda təxliyə elan olunub, Orsk şəhərinin yerli hakimiyyəti isə əhalini panikaya düşməməyə çağırıb. Rusiyanı iri neft emalı zavodlarında olan bu müəssə ildə 6,6 milyon ton xam nefti emal edir. Eyni zamanda, Ukrayna PUA-larının Krımda yerləşən neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində orada yanacaq qıtlığı daha da artıb. Hazırda Krımda bir sürücüyə satışda maksimum 20 litr benzinlə məhdudiyyət tətbiq olunub.

Moskvanın özündə neçə müddətdir uzun yanacaq növbələri yaranıb. Hətta ötən gün Zelenski Aİ sessiyasında bəyan etdi ki, belə zərbələr Rusiya rəhbərliyini müharibəni dayandırmağa məcbur edəcək və sanksiyalardan daha səmərəlidir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!