5 Oktyabr 2025 / 18:19

Gürcüstanda Maydan təşkil etmək cəhdi uğursuz alınıb – Kobaxidze

Gürcüstan müxalifətinin respublikada Maydan təşkil etmək cəhdi uğursuzluqla nəticələnib.

Tezadlar.az “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.

“Hökuməti devirmək cəhdi də iflasa uğradı… Biz artıq ölkədə milli Maydan təşkil etmək üçün beşinci cəhdin şahidiyik”, – deyə siyasətçi bildirib.

Bundan əvvəl Gürcüstan prezidenti Mixail Kavelaşvili respublikada hakimiyyət dəyişikliyinin yalnız demokratik yollarla, seçkilər yolu ilə baş verəcəyini bəyan etmişdi.

Gürcüstan polisi Tbilisidə ölkədə hakimiyyəti dəyişməyə çağıran etiraz aksiyasının beş təşkilatçısını həbs edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!